Millimizin üzvünün iştirak etdiyi komanda İspaniya klubu ilə üz-üzə

saytların hazırlanması

Evə çatdırılma

Millimizin üzvünün iştirak etdiyi komanda İspaniya klubu ilə üz-üzə

İdman

20 Fevral 2020 10:22 714


Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə start veriləcək. "Yeni Sabah" xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun oynadığı "Vulverhempton" (İngiltərə) doğma meydanda "Espanyol"la (İspaniya) qarşılaşacaq. Maraq üçün bildirək ki, hücumçu Avropa Liqasının oyunları üçün iştirak ərizəsinə daxil edilib və o, ərizədə almaniyalı kimi qeyd edilib. Bundan başqa, Türkiyə təmsilçisi "Başakşəhər" səfərdə Portuqaliya təmsilçisi "Sportinq"lə üz-üzə gələcək. Qeyd edək ki, komandalar arsındakı cavab görüşləri fevralın 27-də keçiriləcək. 20 fevral 1/16 final mərhələsi, ilk oyunlar 21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya) 21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya) 21:55. "Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya) 21:55. "Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə) 21:55. ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya) 21:55. "Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya) 21:55. "Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya) 21:55. "Sportinq" (Portuqaliya) - "Başakşəhər" (Türkiyə) 00:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) 00:00. "Roma" (İtaliya) - "Gent" (Belçika) 00:00. "Volfsburq" (Almaniya) - "Malmö" (İsveç) 24:00. "Alkmaar" (Hollandiya) - LASK (Avstriya) 00:00. "Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə) 00:00. APOEL (Kipr) - "Bazel" (İsveçrə) 00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Portu" (Portuqaliya) 00:00. "Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!