Millimizin yeni baş məşqçisi Azərbaycan dilində danışdı   – Video

saytların hazırlanması

Evə çatdırılma

Millimizin yeni baş məşqçisi Azərbaycan dilində danışdı – Video

İdman

30 İyul 2020 23:15 1468


Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı AFFA ilə Canni De Byazi arasında aparılan danışıqlar uğurla nəticələnib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb. 

Bildirilib ki, bu gün Byazi ilə müqavilə imzalanıb. pizza sifarişi

Müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.

Millimizin italiyalı yeni baş məşqçisi Azərbaycan dilində azarkeşlərə müraciət edib: "Hamıya salam. Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq".

Canni De Byazinin bu müraciəti sosial şəbəkədə maraqla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!