Millimizin yeni baş məşqçisi Fernandu Santuş kimdir? - DOSYE 

saytların hazırlanması

Evə çatdırılma

Millimizin yeni baş məşqçisi Fernandu Santuş kimdir? - DOSYE 

İdman

12 İyun 2024 13:39 651


Dünyaca məşhur portuqaliyalı baş məşqçi Fernandu Santuş futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Bu barədə AFFA İcraiyyə Komitəsinin onlayn formatda keçirilən növbəti iclasında qərar verilib. Portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub. 

Yenisabah.az 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olmuş 70 yaşlı baş məşqçinin kariyerası ilə bağlı maraqlı məlumatları təqdim edir: 

Baş məşqçilik kariyerasında 1987-ci ildə “Estroil” klubunda köməkçi baş məşqçi olaraq başlayan Fernandu Santoş bir sezon sonra sözügedən klubun baş məşqçiliyinə təyin edilib. Fernandu Santuş məşqçi olaraq ilk böyük uğuruna 1999-cu ildə “Porto” klubunda imza atıb. Belə ki, portuqaliyalı baş məşqçi klubla Portuqaliya liqası, ölkə kuboku və superkuboku qazanıb.  Toyuqlu pizza

2001-ci ildən etibarən bir-birinin ardınca Yunanıstanın “AEK”, “Panatinakos”, “PAOK” və  Portuqaliyanın “Sportinq” və “Benfika” klublarını çalışdırıb. 2010-2014-cü illə ərzində Yunanıstan milli komandasına rəhbərlik edən Santuş, kariyerasının ən böyük uğuruna 2016-cı il Avropa çempionatının finalında Portuqaliya seçməsinin başında ev sahibi Fransanı 1-0 hesabı ilə məğlub edərək sahib olub. 

Fernandu Santuş son olaraq qısamüddətli Türkiyənin “Beşiktaş” klubunu çalışdırıb. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!