Millimizin yeni baş məşqçisi “Qarabağ”ın oyununu izləyəcək

saytların hazırlanması

Evə çatdırılma

Millimizin yeni baş məşqçisi “Qarabağ”ın oyununu izləyəcək

İdman

11 Avqust 2020 18:50 956


Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Gianni De Byazi bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçiriləcək yoxlama oyununu izləyəcək.

Yenisabah.az xəbər verir ki, italiyalı mütəxəssis "Azersun Arena"da oynanılacaq matça tribunadan canlı tamaşa edəcək.

64 yaşlı baş məşqçi daha əvvəl "Bank Respublika Arena"da "Sabah" - "Qəbələ" oyununa (2:0) baxıb. Sezar pizza

Qeyd edək ki, "Qarabağ" - "Sabah" görüşü saat 20:00-da start götürəcək. Bu komandalar arasında Qəbələdə baş tutan sınaq matçında Ağdam təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!