21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Avropa çempionatının seçmə oyunlarına hazırlaşan komandanın toplanışında iştirak edə bilməyəcək.
Yenisabah.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən yarımmüdafiəçinin koronavirusa yoluxmasıdır.
Nəbiyevdən klubun düşərgəsində götürülmüş COVID-19 testi müsbət çıxıb. Bu səbəbdən, gənc oyunçu Çexiyadan Slovakiyaya yollanmayıb. Toyuqlu pizza
Nəbiyev milli komandaya bu gün Slovakiyada qoşulmalı idi.
U-21 millisi Slovakiya ilə oktyabrın 8-də Nitra şəhərində görüşməlidir. Oktyabrın 13-də isə yığma Qori şəhərində Gürcüstanın qonağı olacaq.
Telegram kanalımız