Millimizlə oyun öncəsi Portuqaliya yıığmasında növbəti itki

saytların hazırlanması

Evə çatdırılma

Millimizlə oyun öncəsi Portuqaliya yıığmasında növbəti itki

İdman

30 Avqust 2021 11:51 615


Portuqaliya millisinin üzvü Rikardu Pereyra DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla matçı buraxacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçinin bu mərhələdə İrlandiya və Azərbaycanla matçda iştirak edə bilməyəcəyi bildirilib. O, zədə səbəbindən heyətdən çıxarılıb. Onun əvəzinə Nelson Semedu tərkibə daxil edilib.

Xatırladaq ki, bir müddət əvvəl "Lill"in yarımmüdafiəçisi Renatu Sanşeşin də zədə səbəbindən Portuqaliya millisinin sentyabrda keçiriləcək matçlarında iştirak edə bilməyəcəyi açıqlanmışdı. Dördpendirli pizza

Qeyd edək ki, sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!