“Millinin baş məşqçiliyinə yerli mütəxəssis gətirilsin”   – Vəli Qasımov

saytların hazırlanması

Evə çatdırılma

“Millinin baş məşqçiliyinə yerli mütəxəssis gətirilsin” – Vəli Qasımov

İdman

02 May 2020 11:35 1199


“Belə vəziyyətdə millinin baş məşqçiliyinə yerli mütəxəssisin gətirilməsi ən yaxşı variant olar. Sərhədlər bağlıdır, oyunlar yoxdur. Ona görə də yetərincə yerli mütəxəssisimiz olduğu halda xarici məşqçi axtarmaqda məna görmürəm”.

Yenisabah.az azerisport.com saytına istinadən yaydığı xəbərə görə, bu sözləri milli komandamızın sabiq hücumçusu Vəli Qasımov deyib. Millinin boş qalmış baş məşqçi vəzifəsi ilə bağlı fikirlərini açıqlayan veteran futbolçu yerli mütəxəssisin təyinatını dəstəklədiyini söyləyib:

“Mən Andrey Şevçenko ilə məşqçilik lizensiyası üçün birgə oxumuşam. Onun xarakteri ağırdır. Hamı deyirdi ki, Ukrayna millisində ona çətin olacaq. Buna baxmayaraq, Şevçenko komandasını yeni səviyyəyə çıxara bildi. Bizim Şevçenko kimi böyük oyunçumuz yoxdur. Amma niyə Ukrayna təcrübəsində olduğu kimi, yerli mütəxəssisimizə şans verməyək? Bu təcrübə nəyə əsaslanır? Şevçenkonun köməkçiləri italyan və ispandır. Niyə biz də belə təcrübədən yararlanmayaq? Fərqi nədir... Yerli məşqçi xarici köməkçiləri ilə daha effektli olacaq. Çünki o, bizim mentalitet və futbolçulara yaxşı bələddir”. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!