"Milinin formasını geyinən bəzi futbolçuların bukmeyker kontorları ilə əlaqəsi var".
"Yeni Sabah" xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev belə bir iddia ilə çıxış edib.
O, AFFA rəhbərliyinin bağlı qapılar arxasında keçirilən toplantısında bu haqda danışıb və konkret ad(lar) çəkib. PFL-in birinci şəxsi bildirib ki, həmin oyunçu(lar) barədə konkret faktlar var, amma nədənsə adları ictimaiyyətdən gizli saxlanılır. pizza hut
AFFA-nın baş katibi Elxan Məmmədov məsələdən xəbərdar olduğunu, lakin o futbolçuların millinin deyil, öz klublarının oyunlarına pul qoyuluşu etdiyini deyib. Lakin federasiya rəsmisi hansı səbəbdən onların adlarının "qara siyahı"ya salınmadığını açıqlamayıb. /sportinfo.az
Telegram kanalımız