REAL partiyasının sabiq sədri İlqar Məmmədov öz “Facebook” hesabında Azərbaycan millisinin dünən baş tutan matçda İslandiya seçməsinə 5-0 məğlub olmasına münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, tanınmış siyasətçi yazıb ki, futbolu dar çərçivədə düşünüb planlamaq ən böyük yanlışdır:
“Millinin nəticəsi manatın məzənnəsi deyil milyardlar xərcləyib onu 1 dollara 1.70 manat kimi zorla saxlayasan. 5 qola 0 qol burda real məzənnədir və onu əlavə xərclə artıra bilməyəcəyik. Futbolu dar çərçivədə düşünüb planlamaq ən böyük yanlışdır. Sezar pizza
Fərqli sahələrdə eyni vaxtda düzgün addımlar atsaq, işlər düzələr. Misal üçün, futbol, tennis və s. meydançaları bizdə həm azdır, həm də bahadır. İş adamını qınamaq də olmur - deyir ki, məşq bu qiymətədir, istəmirsənsə, onda torpağın üstündə bina tikib mənzil satacam. Şəhər və qəsəbələrimizin baş planı açıq-aydın göstərsə ki, filan torpaq ancaq və ancaq idman obyektləri üçün istifadə oluna bilər, onda torpağın sahibi alternativ kimi bina tikməyi düşünməyəcək, gəlirlərini yorğanına uyğun planlayacaq, nəticədə qiymətlər düşəcək, daha çox insan özünü idmanda sınaya biləcək.
Beləcə hər sahədə düzgün siyasi-iqtisadi qərarlar versək, ilk baxışda gözlənilmədən onlar futbolda da nəticələrimizi yüksəldəcək. REAL partiyasının "Şəhərlərə seçkili bələdiyyə başqanı" mövqeyinə qarşıdakı seçkidə səs versəniz, şəhərlərin baş planında idman obyektləri üçün strateji hədəflərə yönəlmiş yerlər ayrılacaq”.
Nazim Hacıyev
Telegram kanalımız