“Millinin qapısı hamının üzünə açıqdır“ - Baş məşqçi

saytların hazırlanması

Evə çatdırılma

“Millinin qapısı hamının üzünə açıqdır“ - Baş məşqçi

İdman

24 Mart 2022 21:45 438


"Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır".

Yenisabah.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Maltaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis iyunda Millətlər Liqasının oyunlarında mübarizə aparacaq heyətin özəyini məyyənləşdirməyə çalışdıqlarını bildirib: "Çox güman ki, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq". pizza sifarişi

Heyət məsələsinə gəlincə, De Byazi əvvəlki toplanışlara Eddi İsrafilovu COVID-19 pandemiyası və daha sonra klubsuz qalması üzündən çağıra bilmədiklərini diqqətə çatdırıb: "Eddi bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var".

Namik Ələskərovun yüngül zədə üzündən sabahkı oyunda çıxış edə bilməyəcəyini söyləyən baş məşqçi əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verdiklərini xatırladıb. Lakin onun sözlərinə görə, zaman göstərib ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır: "Bu səbəbdən, gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik".

Qeyd edək ki, martın 25-də keçiriləcək Malta - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!