Millinin yeni baş məşqçisi ilə bağlı ağlasığmaz iddia: Həbs oluna bilər 

saytların hazırlanması

Evə çatdırılma

Millinin yeni baş məşqçisi ilə bağlı ağlasığmaz iddia: Həbs oluna bilər 

İdman

13 İyun 2024 09:46 1489


Azərbaycan Futbol Federasiyası Assosiasiyası portuqaliyalı baş məşqçi Fernandu Santuşu rəsmən millinin sükanı arxasına gətirdi. 

Portuqaliyalı baş məşqçinin Azərbaycanda nə qədər qazanacağı böyük maraq doğurur.

Son olaraq "Beşiktaş" klubunda çalışan Santuş uğurlu olmadığı üçün vaxtından əvvəl göndərilib. Türkiyə mətbuatının yazdığına görə, portuqaliyalı "ağ-qaralar"da ilinə 4,5 milyon avro qazanıb. pizza

Santuş Portuqaliya millisində nə az, nə çox, 9,7 milyon avro qazanıb. Amma bu pul ona baha başa gəlib. Portuqaliya mətbuatında daha əvvəl geniş yayılmış xəbərlərə görə, Fernando Santuş Portuqaliya Futbol Federasiyasından aldığı qonorarı aşağı salaraq vergidən yayınmaqda  günahlandırılıb. Santuşun 9,7 milyon avroluq illik gəlirini cəmi 60 min avro elan etdiyi və nəticədə Portuqaliya Vergi orqanları tərəfindən 4,5 milyon avro cərimə olunduğu bildirilib. Santuşun "Federasiya ilə aramızda yalnız xidmət modeli müqaviləsi bağlanıb" müdafiəsi ilə bu vəziyyəti yüngülləşdirməyə çalışdığı, lakin sonda cəzanın ödənilməsinə qərar verildiyi bildirilib. İddia olunur ki, o, cəriməni ödəməsə, 2 ildən 7 ilədək həbs cəzası ala bilər.

Santuşun millimizdəki maaşı rəsmi olaraq açıqlanmasa da, təxminən, ilinə 4 milyon avro qazanacağı gözlənilir./Milli.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!