Avqustun 10-da Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.
Yenisabah.az xəbər verir ki, iclasda cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub.
Pekin Olimpiadasının və açıq Dünya Çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev cüdo millimizin baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunublar. pizza
Bundan sonrakı məşqlərdə böyüklər və gənclər birlikdə iştirak edəcək.
Yeni təyin olunan məşqçi heyəti isə hər iki komandaya nəzarəti həyata keçirəcək.
Mehri Qurban
Telegram kanalımız