Milllimizin 2 futbolçusunda koronavirus aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Milllimizin 2 futbolçusunda koronavirus aşkarlandı

İdman

16 Noyabr 2020 17:42 816


Azərbaycan millisinin futbolçuları Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, hər iki oyunçu Xorvatiyada karantinə alınıb: Sezar pizza

"Monteneqro ilə oyundan öncə futbolçuların hərarəti var idi. Koronavirus testləri müsbət nəticə verdi. Ona görə də hər ikisi özünütəcrid rejimindədir. Bununla bağlı Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyinə məlumat verilib. Məsələ səfirliyin də diqqət mərkəzindədir".

Firuz Abdullanın sözlərinə görə, futbolçular hazırda həkim nəzarəti altındadırlar: "Test neqativ çıxdıqdan sonra oyunçular AFFA tərəfindən Bakıya göndəriləcək. Futbolçuların karantin müddətindəki bütün xərclərini federasiya ödəyir. Onların klublarına da müvafiq məlumatlar verilib" (report).

Təmkin Xəlilzadə "Sabah"ın, Rahil Məmmədov isə "Qarabağ"ın futbolçusudur. Hər iki oyunçu UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Monteneqro ilə matçını (0:0) buraxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!