Milyarder Cəbrayılov intihara cəhd etdi

saytların hazırlanması

Evə çatdırılma

Milyarder Cəbrayılov intihara cəhd etdi

Dünya

03 Aprel 2020 20:26 1343


Rusiyada çeçen milyarder Umar Cəbrayılov intihara cəhd edib.

Yenisabah.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə dünən aprelin 2-də baş verib. İsmaylovsk şossesindəki oteldə biznesmen qolunu kəsib və onun sürücüsü təcili yardım çağırıb.

Federasiya Şurasının Çeçenistandan olan keçmiş üzvü. “Avanti Stroyqrup” şirkətinin sahibi olan Cəbrayılov oteldən çıxarkən qolundakı yaranın üstünə dəsmal büküb, o bütün baş verənləri “şok vəziyyətində olması” ilə izah edib. Cəbrayılovu Sklifasovski adına xəstəxanaya aparıblar və hazırda o, həkim nəzarətindədir. Pepperoni pizza

Cəbrayılovun şirkəti Moskvada biznes-sinif yaşayış kompleksləri tikir, o bizneslə yanaşı bir zamanlar siyasətə də maraq göstərib. Rusiya prezidentliyinə namizədliyini irəli sürüb, amma çox az səs yığıb. Sonralar isə prezidentin köməkçisi-müşaviri postunu tutub. /Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!