Milyarder sərvət ödəyərək “Titanik“i görməyə gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Milyarder sərvət ödəyərək “Titanik“i görməyə gedəcək

Maraqlı

30 May 2024 12:34 1360


Milyarder Larri Konnor “Triton Submarines” şirkətinin həmtəsisçisi Patrik Lahey ilə birlikdə 20 milyon dollar dəyərində lüks sualtı qayıqla “Titanik”in qəzaya uğradığı yerə qədər 12,400 fut dərinliyə dalmağı planlaşdırır.

Yenisabah.az xəbər verir ki, Konnor bu səfərin təhlükəsiz həyata keçirilə biləcəyini sübut etməyi qarşısına məqsəd qoyub.

Keçən il iyunda “OceanGate” sualtı qayığında baş verən partlayışda şirkət CEO-su Stokton Raş da daxil olmaqla, 5 nəfər ölüb. Faciədən sonra amerikalı milyarderin 2 nəfərlik sualtı qayıqla batan “Titanik” ərazisinə səyahət etməyə hazırlaşması böyük səs-küy doğurub: Pepperoni pizza

“Mən insanlara göstərmək istəyirəm ki, okean inanılmaz dərəcədə güclü olsa da, düzgün şəkildə yanaşdıqda o, gözəldir və həqiqətən həyatınızı müsbət yönə dəyişə bilər”.

Patrik Laheyin hazırladığı “Triton 4000/2 Abyssal Explorer” adlı sualtı qayığın bu səyahəti dəfələrlə edə biləcəyi iddia edilir.

Səyahətin yalnız gəminin dəniz təşkilatı tərəfindən tam təsdiqindən sonra baş tutacaq. Lakin səfərin nə vaxt baş tutacağı ilə bağlı heç bir tarix bildirilməyib.

Şeyla Səmiyeva

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!