Milyarderlər sıralamasında Elon Mask Baffetti ötdü

saytların hazırlanması

Evə çatdırılma

Milyarderlər sıralamasında Elon Mask Baffetti ötdü

Dünya

11 İyul 2020 08:54 947


Amerikalı sahibkar İlon Mask milyarderlər siyahısında yeddinci yeri tutdu.

“Yeni Sabah”xəbər verir ki, reytinq Bloomberg agentliyi tərəfindən tərtib edilib. Beləliklə İ.Mask "Berkshire Hathaway" investisiya fondunun başçısı Uorren Baffeti geridə qoyub.

Bildirilir ki, "Tesla" şirkətinin səhmlərinin qiyməti qalxdığı üçün onun sərvəti 6.1 milyard dollar çoxalaraq 70.5 milyarda çatıb. 10-cu pillədə yer alan U.Baffetin sərvəti isə 69.2 milyard dollar təşkil edir. Dominos pizza

7-ci və 8-ci yerləri müvafiq olaraq Google korporasiyasının təsisçisi Sergey Brin (70.4 milyard dollar) və hindistanlı "Reliance" holdinqinin sahibi Mukeşa Ambani (70.32 milyard dollar) qərarlaşıblar.

İlk üçlükdə isə Ceff Bezos ("Amazon", 189 milyard dollar), Bill Geyts ("Microsoft"un təsisçisi, 116 milyard dollar) və Mark Sukerberg ("Facebook", 93 milyard dollar) yer alıblar. /Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!