“Forbes” jurnalı dünyanın ən çox qazanan aktrisalarının adılarını açıqlayıb.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, liderliyi kolumbiyalı sənətçi Sofiya Vergara əldə edib. Belə ki, sənətçi bir ildə 43 milyon dollar qazanıb.
İkinci yeri sərvəti 35,5 milyon dollar olan Ancelina Coli tutub. Toyuqlu pizza
Üçüncü yerdə 31,5 milyon dollar sərvəti ilə “Qəribə qadınlar”ın ulduzu Qal Qadot qərarlaşıb.
Qadınlar arasında ilk onluğa Melisa Makkarti, Meril Strip, Emili Blant, Nikol Kidman, Ellen Pompeo, Elizabet Moss və Viola Devis daxil ola bilib.
Jurnal 2020-ci il ərzində aktrisaların gəlirlərinin 20% azaldəğını qeyd edib. Onların əsas gəlir mənbəyinin televiziyalardan aldıqları qonorar olduğu bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Forbes” dünyanın ən çox qazanan aktyorlarının siyahısını da dərc etmişdi. Siyahıya görə Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq etmişdi. 12 ay ərzində Conson 87.5 milyon dollar qazanıb.
Telegram kanalımız