BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) son hesabatında bildirib ki, Afrika və Asiyanın yoxsul ölkələrində milyonlarla insan aclıq təhlükəsi ilə üzləşib.
Qeyd olunub ki, pandemiya dövründə bu ölkələrə humanitar yardım üçün təxirəsalınmaz tədbirlər görülməlidir. FAO bu ağır problemin qismən həlli məqsədilə 350 milyon dollar vəsaitini lazım olduğunu vurğulayıb.
FAO-nun Baş direktoru Qu Donqyu BMT-nin keçirdiyi virtual tədbirdə Əfqanıstanda 10 milyondan çox, Mərkəzi Afrika Respublikasında 2,4 milyon, Somalidə 3,5 milyon insanın aclıqla üzləşdiyini bildirib. O əlavə edib: “Biz pandemiya ilə əlaqədar kənd təsərrüfatı məhsullarının istehsalı prosesində yaranan problemlər səbəbindən bir çox ölkələrdə ərzaq qıtlığı ilə üzləşə bilərik. Bu, xüsusən yoxsul ölkələrdə daha çox insanı əhatə edəcək”. Toyuqlu pizza
Hazırda BMT İqtisadi və Sosial Şurasının Humanitar Məsələlər Seqmentinin (HAS) xətti ilə yoxsul ölkələrə ərzaq yardımlarının göstərilməsi üzrə proqramın icrasına başlanılıb. Proqramda kənd təsərrüfatı sektoruna yardımların göstərilməsi, fermerlərə maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulur. FAO vurğulayıb ki, gəlirlərin azalması ucbatından fermerlərin əksəriyyəti növbəti əkin mövsümünə hazır deyil.
BMT-nin Baş katibi Antoniu Quterreş COVID-19 pandemiyası ilə əlaqədar aclıq və ərzaq qıtlığı barədə üzv ölkələrə xəbərdarlıq edib. O qeyd edib ki, pandemiyadan əvvəl də dünyada 135 milyon insan münaqişələr, iqtisadi böhran, iqlim dəyişikliyi səbəbindən ərzaq qıtlığı yaşayırdı. COVID-19 virusunun yayılması isə daha 183 milyon insanı bu təhlükəyə məruz qoyub. /Azərtac
Telegram kanalımız