“Min nəfərlik məktəbdə 2500 uşaq təhsil alır”  - Deputat

“Min nəfərlik məktəbdə 2500 uşaq təhsil alır” - Deputat

Sosial Veb saytların hazırlanması

31 May 2023 12:27 723


“Ölkədə dövlət əli ilə iş yerlərinin açılması effekt vermir”.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, sahibkarlara şərait yaradılmalıdır.

"Sahibkarlıq sahəsinə ayrılan subsidiyalar asan şəkildə əldə olunmur. Rahatlıqla sahibkarlar vəsait əld edə bilməlidilər ki, əlavə sahələr üçün iş yerləri açılsın. Amma biz bu gün bunun əksini görürük. Digər tərəfdən ölkədə bəzi müəssiələrdə yer problemi var. Məsələn, min nəfərlik məktəbdə 2500 uşaq təhsil alır. Bu da təhsilimizə təsir edir. Digər tərəfdən təsəvvür edin, həbsxanada min yataq yeri olduğu halda 2 min şəxs saxlanılır. Həbsxanaya salınan məhbusların böyük əksəriyyəti narkotik istifadəçilərdir. Bu, özünüz bilirsiniz ki, daha çox problemlərə səbəb olur. Problemlərə diqqət yetirilməli və həll olunmalıdır”,- deyə deputat vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!