Mina Hüseynin 16 yaşındakı arzusu çin oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Mina Hüseynin 16 yaşındakı arzusu çin oldu - Video

Şou

13 May 2024 10:04 652


Müğənni Mina Hüseyn paylaşımı ilə diqqəti özünə çəkib.

Yenisabah.az xəbər verir ki, ifaçı illər əvvəl oxuduğu “Hər şey istəyirəm” mahnısından bir hissəni izləyiciləri ilə bölüşüb.

O, mahnının sözlərindəki istədiklərinin gerçəkləşdiyini bildirib: pizza sifarişi

“Bu günü yaşadana şükür. 16 yaşımda dediklərimin eynisini necə birə-bir yaşamaq olar ki. Cənab Ali Baş komandanımız, təşəkkür edirik! Müzəffər ordumuz, təşəkkür edirik! Şuşa, mən sənə heyranam. Azərbaycan Respublikasının gözəl sənətkarları, səhnəniz möhtəşəm idi. Zeynəb xanım (Xalq artisti Zeynəb Xanlarova), Polad müəllim (Polad Bülbüloğlu), sizi çox sevirəm. Allah Azərbaycanı qorusun”.

Qeyd edək ki, sözügedən mahnıda “İstəyirəm ki, Şuşada bir möhtəşəm konsert olsun. İfaçılar sırasında Polad olsun, Zeynəb olsun” ifadələri səslənir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!