Azərbaycan Hökumətinin təşəbbüsü və Minatəmizləmə Agentliyininin (ANAMA) təşkilatçılığı ilə “Mina Təhlükəsi ilə Mübarizə: çağırışlar və imkanlar” mövzusunda beynəlxalq tədbir keçirilir.
Yenisabah.az xəbər verir ki, tədbirdə dünyanın 28 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 60-dan yuxarı nümayəndəsinin iştirakı nəzərdə tutulub.
Tədbir mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətini Azərbaycanın qarşılaşdığı mina probleminə yönəldərək, beynəlxalq iştirakçılar və qurumlar arasında əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, minatəmizləmə sahəsində istifadə olunan yeni metodların tətbiqi imkanlarını araşdırmaqla, “minasız həyat” təşəbbüslərinə dəstək göstərmək məqsədi ilə həyata keçirilir. Toyuqlu pizza
Qeyd edək ki, noyabrın 16-da başlanılan tədbir noyabrın 18-dək davam edəcək.
Telegram kanalımız