Mina təhlükəsi ilə bağlı xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Mina təhlükəsi ilə bağlı xəbərdarlıq edildi

Maraqlı

23 Oktyabr 2022 20:12 1161


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsindən sonra bir daha vətəndaşlara xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, ANAMA vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, bu gün Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə partlayış baş verib. Sezar pizza

Məlumata əsasən, mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!