Minalanmış əraziyə keçmək istəyənlər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Minalanmış əraziyə keçmək istəyənlər tutuldu

Maraqlı

06 Oktyabr 2022 10:04 802


Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxslər saxlanılaraq inzibati qaydada məsuliyyətə cəlb olunublar. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakinləri Xəyal Quliyev və Sahil Rüstəmov idarə etdikləri avtomobillərlə işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyərkən nəzarət qaydasına uyğun olaraq post ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar.

Yoxlamalar zamanı həmmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən X.Quliyev 10 gün müddətinə həbs, S.Rüstəmov isə inzibati qaydada cərimə edilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!