Minatəmizləmə zamanı aşkarlanan təhlükəli maddələr FHN-ə təhvil veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Minatəmizləmə zamanı aşkarlanan təhlükəli maddələr FHN-ə təhvil veriləcək

Sosial

01 Avqust 2025 14:09 285


Minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Fərmana edilən dəyişiklikdə əksini tapıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!