Minaya düşən Ağdam sakininin vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Minaya düşən Ağdam sakininin vəziyyəti ağırdır

Hadisə

02 Aprel 2025 13:16 356


TƏBİB minaya düşən Ağdam sakininin vəziyyətinin ağır olduğunu bildirib.

Yenisabah.az xəbər verir ki, o, aprelin 2-də saat 12:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sağ baldırın aşağı 1/3 hissəsinin amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. pizza sifarişi

Xatırladaq ki, 1968-ci il təvəllüdlü Nurəddin Abbasov Çəmənli kəndində heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olub və mina partlayışı nəticəsində ayağından xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!