Minaya düşən Ermənistan sakini ayağını itirdi

saytların hazırlanması

Evə çatdırılma

Minaya düşən Ermənistan sakini ayağını itirdi

Hadisə

23 Aprel 2021 00:57 712


Bir neçə gün öncə Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətində mülki şəxs minaya düşərək ayağını itirib.

Ermənistan KİV-də yayılan məlumata əsasən, hadisə aprelin 16-da baş verib.

İcevan polis idarəsi yerli tibb mərkəzindən müəssisəyə sağ ayağının aşağı hissəsini itirən şəxsin daxil olması barədə məlumat alıb. Toyuqlu pizza

Yaralı 59 yaşlı Tavuş vilayəti Azatamut kənd sakini Nodar Mirzoyan olub.

O, elə həmin gün səhər saat 9 radələrində sərhəd bölgəsində qulançar yığarkən minaya düşüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!