Minaya düşən hərbçilərimizin bir ayağı amputasiya edildi

saytların hazırlanması

Evə çatdırılma

Minaya düşən hərbçilərimizin bir ayağı amputasiya edildi

Hadisə

29 Noyabr 2021 09:50 705


Füzuli rayonunda minaya düşən Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuların son durumu açıqlanıb.

Yenisabah.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, hərbi qulluqçular - Sarib Məmmədzadə ilə Murad Məmmədzadənin ayaqlarından biri amputasiya edilib.

Hazırda hər iki şəxsin vəziyyəti stabildir. Toyuqlu pizza

Qeyd edək ki, DİN Daxili Qoşunların hərbi qulluqçuları - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə ilə 2002-ci il təvəllüdlü Murad Məmmədzadə Füzuli rayonunun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!