Minaya düşən hərbçinin ayağı amputasiya edildi

saytların hazırlanması

Evə çatdırılma

Minaya düşən hərbçinin ayağı amputasiya edildi

Maraqlı

27 İyul 2022 10:23 1115


İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində minaya düşən hərbi hissə komandiri İsbəndiyarov Vüqar Tofiq oğlunun son durumu məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, hərbçinin sol ayağının dizdən aşağı hissəsi amputasiya olunub.

Yaxınlarının bildirdiyinə görə, təcrübəli zabitin sağ ayağının aşağı ətraflarında sınıq və çıxıqlar meydana gəlib. Hərbi qulluqçunun ümumi vəziyyətinin stabil olduğu bildirilir. pizza hut

V.İsbəndiyarovun hazırda cərahi əməliyyatda olduğu qeyd edilib.

Xatırladaq ki, ötən gün Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri polkovnik-leytenant Vüqar İsbəndiyarov minaya düşüb. Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb.

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda cinayət işi açılıb.

Müdafiə Nazirliyi hadisə nəticəsində İsbəndiyarovla yanaşı, daha bir neçə hərbçinin yaralanması barədə xəbərləri təkzib edib. Bildirilib ki, Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, hərbi hissə komandiri Vüqar İsbəndiyarov əslən Cəbrayıl rayonundandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!