Minaya düşən rəisin ayağı amputasiya edildi

saytların hazırlanması

Evə çatdırılma

Minaya düşən rəisin ayağı amputasiya edildi

Kriminal

03 Mart 2021 17:06 987


Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib. (Report) Toyuqlu pizza

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!