Minaya düşən şəxslə bağlı araşdırma aparılır

saytların hazırlanması

Evə çatdırılma

Minaya düşən şəxslə bağlı araşdırma aparılır

Kriminal

18 Aprel 2021 12:02 629


Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az-ın Ağdam rayon prokurorluğuna istindən verdiyi məlumata görə, aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!