Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olundu - Fotolar

Hadisə

02 Aprel 2023 20:12 7743


Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu Qəbələdə dəfn olunub.

Yenisabah.az xəbər verir ki, dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.

Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb. pizza mizza

Müdafiə Nazirliyinin məlumatına görə, Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!