Minədək şəxsə pensiya, müavinət və təqaüd təyinatı aparılıb

saytların hazırlanması

Evə çatdırılma

Minədək şəxsə pensiya, müavinət və təqaüd təyinatı aparılıb

İqtisadiyyat

11 Dekabr 2020 17:41 797


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərindən artıq 1000-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin təyinatını aparıb.

Fonddan Yenisabah.az-a bildirilib ki, onlara Prezidentin aylıq təqaüdü, həmçinin pensiya, müavinətlər təyin olunub. Hazırda digər şəhid ailələri üzvlərinə də sosial ödənişlərin təyin olunması prosesi davam etdirilir.

Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi üçün işçi qrup fəaliyyət göstərir. Şəhid ailələrinin müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və həmin ailələrin üzvlərinə sosial təminat növləri üzrə ödənişlər təyin olunur. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!