Mingəçevir su anbarında batan balıqçılardan birinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevir su anbarında batan balıqçılardan birinin meyiti tapıldı

Hadisə

23 İyun 2024 18:05 578


Mingəçevir su anbarında batan balıqçılardan birinin meyti su hövzəsinin Samux rayon ərazisinə aid hissəsində tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini, Rövşən Hümbət oğlu Hümbətovun meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib. Dominos pizza

Digər şəxsin axtarışları isə davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!