Mingəçevirdə ev partladı: 2 nəfər yaralandı    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə ev partladı: 2 nəfər yaralandı  - Fotolar

Hadisə

28 Dekabr 2021 16:03 625


Mingəçevir şəhərində evdə partlayış olub, 2 nəfər yaralanıb. 

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərdə ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə evin dam örtüyü çöküb, divarları dağılıb və 12 m2 sahədə taxta konstruksiyaları yanıb. pizza

Partlayışın dalğasından həyətyanı sahədə dayanmış "ВАЗ" markalı minik avtomobilinin şüşələri sınıb, qonşu evlərin dam örtüyünə və pəncərə çərçivələrinə ziyan dəyib. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!