Mingəçevirdə faciə: Maşın ana və iki övladını vurdu

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə faciə: Maşın ana və iki övladını vurdu

Hadisə

31 Dekabr 2020 23:16 1282


Mingəçevirdə avtomobil Bakı sakini olan ana və iki övladını vurub.   

Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında M.Maqomayev küçəsində baş verib. 

Anidən önünə çıxan avtomobillə toqquşmadan yayınmaq istəyən minik maşını Bakı sakini olan ana və iki azyaşlı övladını vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ətrafdakıların köməkliyi ilə 1987-ci il təvəllüdlü Abdullayeva Samirə Elman qızı, onun övladları – 2010-cu il təvəllüdlü Abdullayev Əli Elşən oğlu və 2006-cı il təvəllüdlü Abdullayeva Arzu Elşən qızı xəstəxanaya yerləşdirilib.  Pepperoni pizza

Əli Abdullayevin vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır (apa). 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!