Mingəçevirdə gəncin anasını öldürməsi ilə bağlı   TƏFƏRRÜATLAR

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə gəncin anasını öldürməsi ilə bağlı TƏFƏRRÜATLAR

Kriminal

21 İyun 2020 16:16 4337


Mingəçevirdə 46 yaşlı qadın oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, qətlə yetirilən qadın oğlu tərəfindən yatmış vəziyyətdə bıçaqlanıb.

Mərhum B.Hacıyevanın anası Bəsti Babayevanın sözlərinə görə, gecə saatlarında nəvəsi 17 yaşlı E.Hacıyev anası Brilyant Hacıyevanı yatarkən öldürüb. pizza

"Hadisədən səhər saatlarında xəbər tutdum. Nəvəmin qətli nədən törətməsindən isə xəbərsizəm. Səhər təxminən saat 8-də qonşunun oğlu qapımızı döydü, dedi qızın oğlu tərəfindən bıçaqlanıb. Soruşdum niyə? Biz evə çatanda meyiti morqa aparmışdılar. Nəvəmin anasına neçə bıçaq vurmasını bilmirəm, amma onu bilirəm ki, anasını yatmış vəziyyətdə bıçaqlayıb”.

Qeyd edək ki, E.Hacıyev faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

“Report”un əldə etdiyi məlumata görə, qadının həyat yoldaşı bir neçə il əvvəl dünyasını dəyişib. Ailə üzvləri Ağdam rayonundan məcburi köçkündürlər.

Araşdırmalar davam etdirilir.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!