Mingəçevirdə iş adamının evinə basqın oldu: Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə iş adamının evinə basqın oldu: Yaralılar var

Kriminal

17 May 2020 11:04 1998


Mingəçevirdə oğurluq üçün yaşayış evinə soxulan şəxslər oranın sahiblərinə ağır xəsarət yetiriblər. 

Hadisə gecə saatlarında Puşkin küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. 

Evə oğurluq məqsədilə girən qarətçilər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.  pizza hut

Qeyd edək ki M.Allahverdiyev iş adamıdır. İlkin məlumata görə, qarətçilər bir neçə nəfər olub. Hazırda faktla əlaqədar hadisə yerində araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!