Mingəçevirdə marixuana çəkib maşın sürən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə marixuana çəkib maşın sürən şəxs saxlanıldı

Maraqlı

21 May 2022 16:31 1240


Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb. 

DİN-dən Yenisabah.az-a verilən məlumata görə, Ağdam rayon sakini Cavid Abbaszadənin idarə etdiyi “Mercedes” markalı avtomobilin ön dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub. pizza

Polis şöbəsində C.Abbaszadə barəsində toplanan materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə barəsində qanunamüvafiq tədbir görülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!