Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi xəstəxanada ölüb

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi xəstəxanada ölüb

Hadisə

30 Yanvar 2025 15:26 270


Mingəçevirdə  minik maşınının vurub  ağır xəsarət yetirdiyi 8-ci sinif şagirdi xəstəxanada ölüb.

Yenisabah.az xəbər verir ki,  hadisə  bir həftə əvvəl şəhərin Gəncə şossesində baş verib. Belə ki, avtobusdan düşüb yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Rzayev Amil Habil oğlunu "Vaz 2107" markalı maşın vuraraq çoxsaylı bədən xəsarətləri yetirib.

Yaralı yeniyetmə koma vəziyyətində xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin cəhdlərinə baxmayaraq yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!