Mingəçevirdə narkotik satanlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə narkotik satanlar tutuldu

Kriminal

13 Avqust 2022 09:42 1271


Mingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər sakini, əvvəllər də məhkum olunmuş Rəhim Rəhimov saxlanılıb.Onun üzərindən heroin, yaşadığı ünvandan isə satış məqsədilə saxladığı külli miqdarda heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici narkotacirdən onlayn yolla aldığını bildirib.

Növbəti əməliyyatlar nəticəsində isə daha 5 nəfər – əvvəllər də eyni əmələ görə məhkum olunmuş Pərvin Abbasov, Tural Mahmudov,Allahverdi Həmidov,Elxan Hacıyev və Elton Kərimov saxlanılıb. Axtarış zamanı onlardan müxtəlif növ güclü təsiredici narkotik vasitələr götürülüb. pizza mizza

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işləri başlanılıb,istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!