Mingəçevirdə yanacaq daşıyan avtomaşın polis avtomobilinə çırpılıb.
Yenisabah.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Kür çayı üzərindən keçən nəqliyyat körpüsü yaxınlığında baş verib.
Texniki nasazlıq səbəbindən idarəetmədən çıxan benzindaşıyan "KamAZ" markalı yük maşını yolun kənarında dayanmış vəziyyətdə olan "FIAT" markalı post patrul xidməti avtomobilinə çırpılıb. Polis maşını ciddi zərər görsə də, qəza zamanı xəsarət alan olmayıb. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır. APA
Telegram kanalımız