Mingəçevirdə restoranda toy edənlər cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə restoranda toy edənlər cərimələndi

Hadisə

10 Aprel 2021 17:10 832


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çinar” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, obyektin sahibi Rəşad Bəşirova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı  barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, restoran sahibi R. Bəşirov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!