Mingəçevirdəki dava:   3 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdəki dava: 3 nəfər saxlanıldı

Hadisə

13 May 2021 17:06 1336


Mayın 12-də Mingəçevirdə baş vermiş dava nəticəsində şəhər sakini Məhəmməd Eyyubovun bıçaqlanması, Ağdam rayon sakini Bürhan Əsədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən qardaşlar - Hüseyn və Akşin Hüseynovlar, eləcə də Məhəmməd Alıyev saxlanılıb. pizza hut

Onlar ifadələrində mübahisənin söyüşə görə baş verdiyini bildiriblər.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci ( xuliqanlıq ) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!