Minik avtomobili yük maşını ilə toqquşdu, yaralanan var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Minik avtomobili yük maşını ilə toqquşdu, yaralanan var - Fotolar

Hadisə

22 Yanvar 2020 19:57 1240


Goranboyda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Nazikkənd kəndində baş verib.

Belə ki, 50-BB-121 dövlət qeydiyyat nişanlı "Vaz 21-06" markalı minik avtomobili hərəkətdə olarkən qarşısında hərəkətdə olan 10-ZA-263 dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşını ilə toqquşub. pizza sifarişi

Nəticədə minik avtomobilinin sürücüsü - 1961-ci il təvəllüdlü Həsənov Nazim Məhəmməd oğlu ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Həkimlər N.Məmmədovun vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!