Minik və yük avtomobilləri toqquşdu, ata və oğul öldü

saytların hazırlanması

Evə çatdırılma

Minik və yük avtomobilləri toqquşdu, ata və oğul öldü

Kriminal

27 Dekabr 2020 10:01 837


Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən körpünün üzərində qeydə alınıb.

Kürdəmir rayon sakini, 42 yaşlı Cavadov Xaliq Durmuş oğlunun idarə etdiyi “KaMAZ” markalı yük maşını körpünün üzərində hərəkətdə olarkən qarşı tərəfdən gələn, 29 yaşlı Quliyev Ərzuman İlqar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”in sürücüsü və sərnişini, 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. Sezar pizza

Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon Şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!