Ermənistan baş naziri Nikol Paşinyan rəsmi Bakıya bir sıra təklif irəli sürüb. O cümlədən ATƏT-in Minsk qrupunun ləğvi.
Bundan əvvəl Azərbaycan qrupun ləğvi tələbi ilə çıxış etmiş və bu təklifi dəstəkləməyə çağırmışdı.
Bakı və İrəvanın müştərək müraciəti ilə ATƏT-in Minsk qrupu tarixə qovuşa bilərmi? Marqarita pizza
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev bildirib ki, yarandığı gündən Minsk qrupu münqişənin sülh yolu ilə həlli istiqamətində hansısa töhfə verməyib:
“Ümumiyyətlə, dövlətlərarası münaqişələrin həllinin beynəlxalq hüquq baxımından bir neçə yolu var. Dövlətlər ikitərəfli görüşlər, beynəlxalq təşkilatlardan vasitəçilik istəmək və ya hər hansı bir beynəlxalq məhkəmə yolu ilə bu münaqişəli məsələləri həll edə bilər.
Birinci Qarabağ müharibəsindən etibarən Azərbaycan və Ermənistan bunu Minsk qrupu çərçivəsində həll etməyə çalışdı. 1995-ci keçirilən Budapeşt görüşündən sonra 3 həmsədr dövlətə mandat verildi ki, keçmiş münaqişənin sülh yolu ilə həllinə köməklik göstərsinlər. Təəssüf ki, 25 il keçməsinə baxmayaraq, 2020-ci ilədək onlar bu məsələnin həllində heç bir rol oynamadılar. Hətta Minsk qrupu həmsədrləörinin 2020-ci ildən öncə ortaya qoyduğu “Madrid prinsipləri” var idi və Ermənistan onun icrasından imtina etdi.
10 ildən çox müddətdə “Madrid prinsipləri” üzərində müzakirələr getdi. Nəticədə, bu məsələ Azərbaycanın BMT-nin nizamnaməsinin 51-ci maddəsi çərçivəsində həllinə yol açdı və öz suveren torpaqlarını işğaldan azad etdi. 2023-cü ilin sentyabrın 19-da isə Azərbaycan öz suverenliyini Qarabağda tam bərpa etmiş oldu.
Beləcə Minsk qrupuna olan ehtiyac və onun oynayacağı funksiya ortadan qalxmış oldu. Çünki bu, Qarabağ məsələsinin həlli üçün qurulmuşdu və artıq Qarabağ münaqişəsi deyə bir məsələ yoxdur”.
Politoloq Azərbaycan və Ermənistanın birgə müraciəti ilə Minsk qrupunun ləğvinin mümkün olduğunu qeyd edib:
“Minsk qrupunun ləğvinə gəldikdə, bəli, Azərbaycan və Ermənistan ikitərəfli qaydada, “biz bunun ləğvini istəyirik”, - deyə müraciət edərlərsə, həmsədrlik institutu ləğv olunacaq. Çünki bu institut yalnız Azərbaycan və Ermənistanın müraciəti çərçivəsində qurulmuşdu. Əgər hər iki tərəf, məsələnin ləğv edildiyini elan edərsə, bu zaman Minsk qrupuna ehtiyac qalmayacaq.
Minsk qrupunun həmsədr ölkələri siyasi olaraq müdaxilə edə bilər, ancaq hüquqi olaraq onların müdaxilə etməyə haqqı yoxdur. Yəni məsələn, Ermənistanın üzərində təzyiq qura bilərlər ki, bundan imtina etməsin. Bunlar hamısı siyasi şantajla mümkündür. Ancaq onların heç bir hüququ yoxdur ki, Azərbaycan və Ermənistan münaqişənin ləğvini elan edəndən sonra, onlar bu məsələni davam etdirsinlər”.
Nazim Hacıyev
Telegram kanalımız