Ermənistanın iyulun 12-də Toviz istiqamətində törətdiyi təxribatdan iki aydan artıq vaxt ötüb. ATƏT-in Minsk Qrupu isə bu olayı hələ indi müzakirə edir.
Yenisabah.az xəbər verir ki, sentyabrın 14-də həmsədrlər - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti danışıqlar olub. Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. ATƏT yaydığı məlumatda danışıqları “növbəti intensiv məsləhətləşmələr” adlandırıb. Lakin “12 iyul” təxribatından iki ay sonra aparılan “intensiv məsləhətləşmələr” zamanı baş verənlərə qiymət verilməyib. Gecikmiş açıqlamada yalnız ümumi ifadələr yer alır. Həmsədrlər iyul döyüşlərinə “xüsusi diqqət yetirsələr” də, bu döyüşlərin motivi, səbəbi, günahkarı və nəticələri haqda heç nə demirlər.
Eyni zamanda Azərbaycanın Ermənistanla sərhəd bölgəsinin, kəndlərin hücuma məruz qalması, dinc sakinlər arasında ölən və yaralananların olması haqda susqunluq nümayiş etdirilir. Dominos pizza
Ermənistan “12 iyul təxribatı”ndan sonra da diversiya xarakterli addımlarını davam etdirib. Təkcə sentyabrın 13-də erməni hərbçiləri atəşkəsi 31 dəfə pozub. Bir gün sonra isə Tovuzun Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. Minsk Qrupu bu hadisələrin heç birinə lazımi reaksiya verməyib.
Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda apardığı qeyri-qanuni məskunlaşdırma siyasətinin üzərindən sükutla keçilir. Halbuki, Azərbaycan tərəfi baş verənləri beynəlxalq qurumların diqqətinə çatdırıb. ATƏT-in Minsk Qrupu da Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətindən xəbərsiz deyil.
ATƏT-in Minsk Qrupu faktiki olaraq sülh danışıqlarından çıxdıqlarını bəyan edən Ermənistan rəhbərliyi və separatçıların indiyədək müzakirə olunan sənədləri rədd etməsinə və hətta, yeganə məqbul variantın Qarabağın anneksiyası olduğunu gizlətməməsinə də münasibət bildirmir.
Bütün bunlar Minsk Qrupunun fəaliyyətinin artıq heç bir əhəmiyyət daşımadığını deməyə əsas verir.
Yenisabah.az
Telegram kanalımız