“Minsk qrupu praktiki olaraq yoxdur“ - Erməni analitik

saytların hazırlanması

Evə çatdırılma

“Minsk qrupu praktiki olaraq yoxdur“ - Erməni analitik

Rəsmi

21 Aprel 2022 17:58 503


"Qarabağ, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı proseslər Rusiya ilə Qərb arasında ən kəskin qarşıdurma müstəvisinə keçib".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu erməni siyasi analitik Vigen Akopyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın son bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bütün ziddiyyətlərə və münaqişələrə baxmayaraq, ATƏT-in Minsk qrupunun formatı onilliklər ərzində əməkdaşlıq formatı olaraq qalır: Dördpendirli pizza

“Bu, müstəsna format idi. İndi bu qarşıdurmanın məntiqi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması sferasına keçib. Onu da qeyd etmək lazımdır ki, Minsk Qrupu həqiqətən de-fakto artıq mövcud deyil. De-yure, əlbəttə ki, mövcuddur, lakin de-fakto praktiki olaraq yoxdur. Biz isə bunu görürük”.

Akopyan bildirib ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər bir ölkə başlanmış prosesin bir növ moderatoru kimi çıxış edərək yorğanı öz üzərinə çəkməyə çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!