“Minsk Qrupunun fəaliyyətini araşdırmaq lazımdır” - İbrahim Kalın

saytların hazırlanması

Evə çatdırılma

“Minsk Qrupunun fəaliyyətini araşdırmaq lazımdır” - İbrahim Kalın

Siyasət

04 Oktyabr 2020 16:55 1066


“Biz Türkiyə olaraq Azərbaycanın yanında olmağa davam edəcəyik”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Kanal 7” televiziyasına açıqlamasında deyib.

“Dünyada ən böyük erməni lobbisinin Fransa və ABŞ-da olduğunu görürük. Rusiyanın mövqeyi də ortada. Belə olan halda ATƏT-in Minsk Qrupu necə ədalətli ola bilər? Minsk Qrupunun fəaliyyətini araşdırmaq lazımdır”, - deyə İ. Kalın vurğulayıb. Marqarita pizza

O, ABŞ, Rusiya və Fransa prezidentləri səviyyəsində atəşkəs çağırışına diqqət çəkərək prinsipcə, heç kimin atəşkəsə qarşı olmadığını bildirərək qeyd edib ki, atəşkəsi təmin edəcək şərtlər təmin edilmədiyi halda daimi atəşkəsə nail olmaq və regionda yaranan böhrana son qoymaq mümkün deyil.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev də məntiqli şəkildə “Ermənistan işğal etdiyi torpaqlarımızdan çəkilsin, atəşkəsə hazırıq” deyir. Bu mənada İlham Əliyevin qətiyyətini haqlı sayırıq. Əgər Ermənistan işğal etdiyi torpaqlardan çəkilərsə, tez bir zamanda atəşkəsə nail olunar və bölgədə sülh bərqərar edilər”, - deyə o qeyd edib.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!