Minsk qrupunun son bəyanatı Ermənistanı hiddətləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Minsk qrupunun son bəyanatı Ermənistanı hiddətləndirdi

Rəsmi

06 May 2021 16:23 1680


ATƏT Minsk qrupunun son bəyanatında "hərbi əsirlər" ifadəsini işlətməməsi Ermənistanı hiddətləndirib.

Yenisabah.az-ın məlumatına görə, bu barədə Ermənistan KİV-ləri yazır.

Erməni politoloq Knyaz Saroyan bununla əlaqədar hökumətdən cavab verilməsini istəyib: "Ümid edirəm ki, hakimiyyət nümayəndələri ATƏT Mİnsk qrupunun son bəyanatında "Prisoner of war" (Hərbi əsir) ifadəsinin olmaması və Azərbaycanda saxlanan hərbi əsirlərin niyə yalnız saxlanan kimi təqdim olunması barədə izahat verəcək". (Trend) Marqarita pizza

Qeyd edək ki, ATƏT Mİnsk qrupunun həmsədrləri Azərbaycanın 3 ermənini azad etməsi qərarını alqışlayıb. Onların yaydığı bəyanatda qarşılıqlı etimad mühitinin yaradılması yolunda konkret addımlar atmaq tövsiyəsi verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!